Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində avtomobillərə vurulan yanacağın ödənilən pulun dəyərindən az vurulmasından narazılıq etməsin. Hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar.
Koordinat.az xəbər verir ki, avtosfer.az bununla bağlı sürücülər arasında sorğu keçirib. İki aya yaxın davam edən sorğuda 4389 nəfər iştirak edib. «Hansı yanacaqdoldurma məntəqəsində daha çox benzin kəsirlər» sualına respondentlər aşağıdakı şəkildə cavab veriblər:
Azpetrol 1440 nəfər
LUKoil 1362 nəfər
SOCAR 1021 nəfər
X-Petrol – 80 nəfər
BNQ Petrol – 34 nəfər
İST Petrol – 523 nəfər
ABU Petrol – 316 nəfər
Çiraq Petrol – 64 nəfər
OSCAR Petrol – 83 nəfər.
Həmçinin oxuyun
Yazıq jurnalist nədən və kimdən yazsın?..
Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …