Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Dəmirəlin həkimi göz yaşlarını saxlaya bilmədi – VİDEO

Dəmirəlin həkimi göz yaşlarını saxlaya bilmədi – VİDEO

Dəmirəlin həkimi göz yaşlarını saxlaya bilmədi- VİDEO

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin ölüm xəbəri şəxsi həkimi tərəfindən də təsdiqlənib.
ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin yayılan ölüm xəbərini əsassız sayan həkimi bu dəfə jurnalistlərə açıqlamasında xəbərin doğru olduğunu bildirib.
Mərhum prezidentin ailə həkimi Aylin Cəsur mətbuata açılqlamasında Süleyman Dəmirəlin yerli vaxtla 02:05-də (Bakı vaxtı ilə 04:05) müalicə olunduğu Ankara Güvən Xəstəxanasında vəfat etdiyini açıqlayıb.
Danışarkən göz yaşlarını saxlaya bilməyən A.Cəsur onun ölkədəki apardığı islahatlardan, gördüyü işlərdən söz açaraq rəhmətlə anıb.
Bundan başqa, o, 20 gündür mərhum prezidentin yanından ayrılmadığını sözlərinə əlavə edib.
Qeyd edək ki, Süleyman Dəmirəl 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti vəzifəsini yerinə yetirib.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın