Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Araz Əlizadə: “9 May – Qələbə Gününü formal qeyd etmək, qeyri-iş gününü ləğv etmək olmaz”

Araz Əlizadə: “9 May – Qələbə Gününü formal qeyd etmək, qeyri-iş gününü ləğv etmək olmaz”

“9 May – Qələbə Günü Azərbaycanda mütləq bayram kimi qeyd edilməlidir, çünki qələbənin əldə edilməsində Azərbaycanın rolu böyükdür. Bu, bayramdır. İstənilən bayramı formal qeyd etmək, qeyri-iş gününü ləğv etmək olmaz”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. 

Partiya sədri qeyd edib ki, indiki halda belə Qələbə günü Azərbaycanda bayram kimi qeyd olunmazsa, Rusiya buna qıcıqlanmaz: “Rusiya heç nəyə qıcıqlanmaz, məsələ bu deyil. Əsas məsələ odur ki, Azərbaycanın bu müharibənin qazanılmasında payı var. Bunu nəzərdə saxlamaq lazımdır”.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …