Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Neft qiymətləri artmaqda davam edir

Neft qiymətləri artmaqda davam edir

Dünya bazarında neftin qiyməti artmaqda davam edir, investorlar Avropa İttifaqı ölkələrinin Rusiya neftindən tamamilə imtina etmə ehtimalını qiymətləndirirlər.

Bu gün keçirilən hərraclarda “Brent” markalı neftin iyul fyüçersləri 0,91 faiz bahalaşaraq 111,14 dollardan, “WTI” markalı neftin iyun fyüçersləri də 0,66 faiz bahalaşaraq 108,52 dollardan satılıb.

Bir gün əvvəl ABŞ-da ehtiyatlarının gözlənilməz azalması ilə bağlı məlumatların açıqlanması fonunda neftin qiymətlərində sıçrayış baş verib. Aprelin 29-da başa çatan həftədə ölkədəki kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) 1,3 milyon barel və ya 0,3% artaraq 415,7 milyon barelə çatıb. Eyni zamanda, analitiklər, əksinə, 0,8 milyon barel azalma gözləyirdilər.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …