Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ziyafət Əsgərov:”Avropa İttifaqı da anladı ki…”

Ziyafət Əsgərov:”Avropa İttifaqı da anladı ki…”

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son zamanlar qəbul etdiyi qətnamələrə münasibət bildirib.

APA-nın məlumatına görə, Z.Əsgərov deyib ki, belə qətnamələrin qəbulu Azərbaycan prezidenti İlham Əlyevin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir. “Artıq Avropa İttifaqında da anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir”.

O qeyd edib ki Azərbaycanın ərazi bütövlüyünü tanımaq və dəstək vermək Avropa İttifaqının birbaşa öhdəliyidir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …