Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zelenski Trampdan gözlədiyi dəstəyi ala biləcəkmi? – ŞƏRH

Zelenski Trampdan gözlədiyi dəstəyi ala biləcəkmi? – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi telefon danışığında energetika və iqtisadiyyat sahələrində əməkdaşlığı müzakirə edib.

Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir: “Bu gün Prezident Donald Tramp bu yaxınlarda baş tutmuş seçkilərin nəticələri ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskini təbrik etmək üçün ona telefon zəngi edib. Prezident Tramp və Prezident Zelenski ABŞ və Ukrayna arasında münasibətlərin, o cümlədən energetika və iqtisadiyyat sahələrində əməkdaşlığın möhkəmlənməsi yollarını müzakirə ediblər”.

“Hər iki lider, həmçinin səbirsizliklə görüşmək imkanını gözlədiklərini bildiriblər”, – bəyanatda deyilir.

Zelenskinin mətbuat xidməti isə bildirib ki, hər iki tərəf Ukrayna liderinin Vaşinqtona səfəri zamanı ölkələr arasında qarşılıqlı əlaqələri əyani şəkildə müzakirə etməyə razılaşıb.

Bundan başqa, qeyd olunur ki, ABŞ prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və islahatların həyata keçirilməsinə kömək etməyə hazır olduğunu bildirib.

Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini, politoloq İqor Şatrov Radio Sputnik-in efirində iki ölkə başçısının telefon danışığını şərh edib. Onun fikrincə, Zelenski Trampdan açıq dəstək almayacaq.

“Arzular heç də həmişə reallığa uyğun gəlmir. Zelenskinin arzusu, təbii ki, Rusiya ilə qarşıdurmada dəstək almaqdır. Biz görürük ki, Ali Radanın üzvləri seçiləndən və Zelenskinin mövqeyi möhkəmlənəndən sonra Ukrayna xüsusi xidmətlərinin birinci addımı Rusiya tankerini saxlamaq olub. Hazırda Ukraynaya Birləşmiş Ştatların dəstəyi çox lazımdır, buna görə də Zelenski məhz bu haqda Trampla danışmaq istərdi. Bəs Tramp bu barədə danışmağa hazırdırmı? Əmin deyiləm ki, hazırda Trampa açıq qarşıdurma elə də lazım olsun. Hamı bunun Türkiyə ilə münasibətlərdə nəyə gətirib çıxardığını gördü. Mənə elə gəlir ki, Tramp tədricən siyasi təcrübə yığır və bəzi dövlətlərlə münasibətləri daha çox ölçüb-biçir. Düşünürəm ki, Ukrayna ilə də daha çox ölçülüb-biçilmiş münasibətlər qurulacaq və Zelenski Trampdan açıq dəstək almayacaq”, – Şatrov deyib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …