Ana səhifə / Siyasət / Zatulin: “Paşinyan ermənilərə qəsdən qorxaqlığı təlqin etdirdi”

Zatulin: “Paşinyan ermənilərə qəsdən qorxaqlığı təlqin etdirdi”

“Biz görürük ki, Ermənistan hökuməti öz soydaşlarını atıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlərin müəllifi Rusiya Dövlət Dumasının deputatı, qatı erməniprəst Konstantin Zatulindir

“Ermənistan Azərbaycan qoşunlarının Qarabağdakı əməliyyatının daxili məsələ olaraq görünməsi üçün zəmin hazırladı. Şəxsən Paşinyan Ermənistandakı ermənilərə qəsdən qorxaqlığı təlqin etdirdi. Bununla o, Ermənistan vətəndaşlarını hadisələrə müdaxilə etməkdən çəkindirmək məqsədini daşıyıb”,-deyə Zatulin qeyd edib.

“Artıq hər kəsdə Azərbaycanın axır ki, “partladığı” təəssüratı yaranıb. Bu partlayış sadəcə keçmiş hərbi əməliyyatlar zonasındakı alovlanmanı deyil, ümumilikdə erməniləri Qarabağdan sıxışdırıb çıxarmaq üçün məqsədyönlü planı üzə çıxardı”,- deyə Zatulin yekunlaşdırıb.

Həmçinin oxuyun

YAP-dan parlament seçkiləri ilə bağlı – Açıqlama

“Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur”. “Qafqazinfo” xəbər verir ki, bunu Yeni …