Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Ali Məhkəmə həbsdə olan icra başçısının əmlakına dair qərar verdi

Ali Məhkəmə həbsdə olan icra başçısının əmlakına dair qərar verdi

Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

 Ali Məhkəmədə keçirilən iclasda tərəflərin şikayətləri dinlənilib.

Eks icra başçısının oğlanları-Rəsul və Fərid Zeynalovlar əmlakların müsadirədən azad olunmasını xahiş ediblər.

Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı üçün şikayəti rədd edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.Report

Həmçinin oxuyun

“ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova verilirdi”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi …