Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Yol polisi yesir günündə qalıb” – DEPUTAT

“Yol polisi yesir günündə qalıb” – DEPUTAT

“Bakının tıxac problemi artıq fəlakətli bir vəziyyətdədir. Və bu gün 100 minlərlə azərbaycanlı o cümlədən Milli Məclisin deputatları da, iş adamları da, sıradan vətəndaşlar da, məktəbə uşağını aparan valideynlər də, çox böyük əziyyət içindədirlər.”

Bunu Milli Məclisin iclası zamanı deputat Fazil Mustafa deyib.  

“Demək olar ki, dünyanın bütün böyük şəhərlərində tıxac var. Ancaq dünyanın hər şəhərində olmayan bir şey var ki, o da bizdə var. Orda heç olmasa 1 nəfər, 3 nəfər, 5 nəfər hansısa qurumun rəhbəri çıxır qabağa deyir ki, tıxacla bağlı 1 il sonra biz bu tədbiri görəcəyik. Ancaq Azərbaycanda bunun məsuliyyətini daşıyan heç kim yoxdur. Yol polisi yazıq, yesir günündə qalıb. O yolları tənzimləmək mümkün olmur. Şəhərdə yolların böyük əksəriyyəti  sanki tank istehkamı əleyhinə qurulmuş maneələrə bənzəyir. Yolların çoxunda geri dönmə üçün heç bir variant fikirləşilməyib.

Təklif edirəm bu məsələ ilə bağlı müvafiq qurumlar çıxıb cəmiyyətə məlumat versinlər ki, 1 ay sonra nə etmək istəyirlər, hansı planları var. Hər məsələdə olduğu kimi, bu məsələdə də cəmiyyətə açıq- aydın bilgilər verilməlidir.”

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …