Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / “Wizz Air” vədinə əməl etmədi: qiymətlər 3 dəfə bahalaşdı

“Wizz Air” vədinə əməl etmədi: qiymətlər 3 dəfə bahalaşdı

“Wizz Air” aviaşirkəti bir istiqamətdə Bakıdan Budapeştə uçuşların qiymətini 3 dəfə bahalaşdırıb.

Oxu.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, mart ayı üçün nəzərdə tutulmuş uçuş qrafikinə nəzər salanda məlum olur ki, qiymətlər 3 dəfə bahalaşıb.

Belə ki, yalnız bir istiqamətdə mart ayının 28-31-i üçün nəzərdə tutulmuş ucuş qrafiklərində qiymətlər müvafiq olaraq 109,99 və 89,99 avro təşkil edir.

Qeyd edək ki, cari ilin oktyabrın 28-də “Wizz Air” və “Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində “Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi demişdi ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …

Bir cavab yazın