Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “ Ukraynadakı müharibə Qarabağda gedən müharibənin böyük modelidir…”

“ Ukraynadakı müharibə Qarabağda gedən müharibənin böyük modelidir…”

“Sülh müqaviləsini küçələrdə mitinq keçirənlər yox, Paşinyan imzalayacaq. Düşmən olsa da, o dövlətinin gələcəyini düşünür. Millətinin, dövlətinin gələcəyi Azərbaycansız, Türkiyəsiz mümkün deyil deyənə onlar öndən gələn prosesləri görürlər. Ona görə başa düşürlər ki, gələcəkdə Ermənistanın mövcudluğu sual altında ola bilər”

Bunu Moderator.az-a açıqlamasında telejurnalist Kamran Həsənli deyib. K.Həsənli Ermənistan dövlətinin və cəmiyyətinin sülh yolunu seçməsindən başqa bir yolu olmadığını bildirib:

“Ona görə gələcək zəmanətlərini almaq üçün sülh müqaviləsini imzalayacaqlar. Onlar istəyirlər ki, ticari yollar Ermənistanın da üstündən keçsin və iqtisadi yüksəlişlərini də indidən planlaşdırmaq istəyirlər. Ermənistanın daxilində olan Qarabağ klanı isə heç cür buna imkan vermək istəmir, aranı qatır, amma heç nəyə nail olmayacaqlar. Belə davam edərsə, sonda Qarabağ erməniləriylə Ermənistandakı ermənilərin qarşıdurması baş verəcək”.

K.Həsənli Rusiya-Ukrayna müharibəsindəki vəziyyəti də şərh edib:

“Əslində Ukraynada gedən müharibə Qarabağda gedən müharibənin böyük modelidir. Orda da “Bayraktar”lardan, dronlardan istifadə olunur. Rusiya İmperiyasının apardığı işğalçılıq müharibələri Ukraynadan əvvəl Azərbaycanda, Qarabağda var idi. Sadəcə Rusiya Ukraynada məğlub olur deyə bəzi yerlərdə “köhn yaralarını” aktivləşdirməyə çalışır, onların içində təbii ki, Qarabağ da var. Amma buna nail ola bilməyəcək, çünki Azərbaycan-Türkiyə koalisiyası çox güclüdür”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …