Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Ukrayna ilə münasibətlər pisləşsə, Gürcüstanı aclıq gözləyir” – Saakaşvili

“Ukrayna ilə münasibətlər pisləşsə, Gürcüstanı aclıq gözləyir” – Saakaşvili

Ukrayna ilə münasibətlərin pisləşəcəyi təqdirdə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər.

Bunu Gürcüstanın sabiq prezidenti, Ukraynada İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinin yeni təyin edilmiş sədri Mixail Saakaşvili deyib.

O, Gürcüstanın Ukraynaya daha çox ehtiyac duyduğunu unutmamağa çağırıb. Əlavə edib ki, Gürcüstan sakinlərinin mağazalardan aldıqları məhsulların çoxu – dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.

“Ukrayna ilə münasibətlərə kölgə salmaq fəlakət gətirə bilər və sabah Gürcüstanda insanlar aclıqdan ölərlər”, – deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, Ukrayna, həmçinin Gürcüstan məhsulları üçün vacib bir bazardır.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini mayın 7-də yeni vəzifəyə təyin edib. Azvision.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …