Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Üç partiya 14 iyulun “Birlik günü” elan olunması üçün müraciət hazırlayıb

Üç partiya 14 iyulun “Birlik günü” elan olunması üçün müraciət hazırlayıb

İyulun 23-də Azərbaycan Milli İstiqlal Partiyasının Qərargahında partiyalar arasında görüş keçirilib. Görüşdə AMİP-in sədr əvəzi Arzuxan Əlizadə, BAP sədri Elşad Musayev və ALDP rəhbəri Fuad Əliyev iştirak edib.

Partiya rəhbərləri ölkədəki ictimai-siyasi vəziyyəti, pandemiyanın törətdiyi fəsadlarla bağlı vətəndaşları narahat edən məsələlər, eləcə də Ermənistanın iyulun 12-dən başlayan təxribatlarını geniş müzakirə ediblər.

Həmçinin sədrlər partiyalar arasında əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar və bu istiqamətdə birgə təşəbbüslərlə çıxış etməyin əhəmiyyətli olduğunu vurğulayıblar.
Görüşdə 14 iyul gecəsində vətəndaşların ordumuza və əsgərimizə birlik nümayişi, eləcə də, ayrı-ayrı ölkələrdə keçirilən dəstək aksiyaları yüksək qiymətləndirilib.

Eyni zamanda, 14 iyulun “Birlik günü” elan olunması üçün ölkə prezidentinə və Milli Məclisə müraciət edilməsi məqsədilə siyasi partiyalara, Qeyri Hökumət Təşkilatlarına, KİV nümayəndələrinə, o cümlədən, ziyalılara çağırışlar edilməsi qərara alınıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …