Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Türkiyənin Ermənistanla əməkdaşlıq üçün əsas şərti

Türkiyənin Ermənistanla əməkdaşlıq üçün əsas şərti

“Ermənistan işğalçılıq siyasətindən əl çəkəndən sonra bu ölkə ilə əməkdaşlıq mümkün ola bilər”

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Diplomat bəyan edib ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxladığı müddətdə bu ölkə ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

“Məsələ Ermənistanda iqtidarın dəyişməsi deyil, problemin həlli 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvasına qayıtması ilə bağlıdır. Rəsmi İrəvan bu problemi həll etdiyi təqdirdə əməkdaşlıqla bağlı danışıqlara gedilə bilər”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …