Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Rusiya ən azı 3-4 müstəqil ölkəyə parçalanacaq”

“Rusiya ən azı 3-4 müstəqil ölkəyə parçalanacaq”

“Hətta psixikası normal olan sadə insanların belə Putin kimi ağılsız hərəkətlər etməsi mümkün deyil”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, özünü Rusiya və Sovet imperiyasına daxil olmuş ölkələrin tarixinin bilicisi hesab edən Putinin ətrafdakılarını riqqətə gətirən sayaqlamaları onun psixikasını 23 ildən sonra bütövlüklə dağıdıb. Onun sözlərinə görə, Putin onları keçmiş Sovet – yeni Rus imperiyası yaratmağın astanasında olduğuna inandırıb və bu prosesi Ukraynanı işğal etmək cəhdi ilə başladı:

“Ukraynada onun marader, qadınları zorlayan ordusu kütləvi qırğınları ilə Putini beynəlxalq cinayətkara çevirdi.

Artıq onun yolu Haaqa tribunalından keçir. Ondan başqa bu tribunalda ən azı 100 Rusiyanın TŞ-nın üzvüləri insanları kütləvi öldürən generalları cəlb olunacaq.

Bu günkü Rusiya ən azı 3-4 müstəqil ölkəyə çevriləcək. Tatarstan-Başqırdıstan, Vladivastok, Qafqaz, Moskva və Peterburq knyazlıqları….

Artıq bu ölkədə heç bir nüvə silahı olmayacaq. Sibirin böyük bir hissəsi Çinin tərkibinə daxil ola bilər. Mən çox ümid edirəm bu belə olacaq. Dünyanın yaxası uzun müddətə dəli diktatorlardan azad olacaq”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …