Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyev ABŞ-dəki villasını yarım milyon dollara satdı (FOTOLAR)

Rəsul Quliyev ABŞ-dəki villasını yarım milyon dollara satdı (FOTOLAR)

Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb. 

Bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb. 

O qeyd edib ki, satılan malikanənin qiyməti yarım milyon dollardan bir qədər artıq olub: “Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.

Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də Florida ştatının Palm-Kost şəhərində yaşayır. Təxminən 100 000 əhalisi olan şəhər Dubaydakı məşhur Palma adalarına bənzəyir. Palm-Kost şəhərindəki evlər hər tərəfdən su kanalları ilə əhatə olunub. Şəhərdəki evlərin qiyməti də ABŞ-nin daşınmaz əmlak bazarı üçün kifayət qədər yüksək hesab olunur.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …