Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Rəşad Bayramov Mərkəzi Şuranın sədri seçildi

Rəşad Bayramov Mərkəzi Şuranın sədri seçildi

Azərbaycan Milli İstiqlal Partiyasının yeni tərkibdə Mərkəzi Şurasının ilk iclası keçirilib. İclasda AMİP-in yeni rəhbərliyi formalaşıb. Videokonfrans şəklində keçirilən iclasda Rəşad Bayramov Mərkəzi Şuranın sədri seçilib.

Mərkəzi Şuranın iclasında həmçinin AMİP Siyasi Şurasına seçkilər keçirilib. Aminə Vəliyeva, Məhərrəm Həsənov, Sadiq Həmzəyev, Yəhya Həsənov, Əli Orucov, Məmməd Qələndərli, Təbriz Musayev, Xanmirzə Məlikəliyev, Teyyub İsmayılov Siyasi Şura üzvü seçiliblər.

Daha sonra AMİP sədri müvafiq sahələr üzrə müavinləri və müşavirlərini elan edib. Afsəddin Nəbiyev və Elşən Mustafayev AMİP sədrinin müavinləri, Ceyran Ənsər, Oqtay Sadıxov və Eldar Hüseynov AMİP sədrinin müşavirləri təyin edilib.

Azinforum.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …