Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qlobal Bakı Forumunun iştirakçıları Şuşadadırlar

Qlobal Bakı Forumunun iştirakçıları Şuşadadırlar

VIII Qlobal Bakı Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində səfərdədir. Qonaqlar şəhərlə tanış olacaq, Azərbaycanın mədəni irsi baxımından əhəmiyyət kəsb edən bütün yerlərə səfər edəcəklər.

Qonaqlar Şuşanın 30 ilə yaxın işğalda məruz qaldığı bütün dağıntıların, vandalizmin şahidi olacaqlar. Eləcə də Vətən müharibəsi nəticəsində Şuşanın azad edilməsindən sonra mədəniyyət və tarixi abidələrin bərpası istiqamətində quruculuq işləri ilə tanış olacaqlar.

Eyni zamanda forumun nümayəndələrinin mədəni irsin dəyəri haqqında çıxışları gözlənilir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …