Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qarabağ münaqişəsinin belə ağır nəticələrindən təəssüflənirəm – Blinken

Qarabağ münaqişəsinin belə ağır nəticələrindən təəssüflənirəm – Blinken

ABŞ dövlət katibi Entoni Blinken Qarabağ münaqişəsinin belə ağır nəticələrinin olmasından təəssüfləndiyini bildirib.

Entoni Blinken Azərbaycan və Erməniatanın xarici işlər nazirləri ilə keçirilən üçtərəfli görüşdə hər iki ölkənin keçmişi geridə qoyub davamlı sülh üçün çaba sərf etdiyini yüksək qiymətləndirib:

“Ancaq indi gördüklərimiz hər iki ölkə tərəfindən keçmişi geridə qoymaq və davamlı sülhə nail olmaq üçün davam edən və mühüm addımlardır. Hər iki ölkə Cənubi Qafqazın daha parlaq gələcəyini, ölkələrin daha ləyaqətli gələcək naminə birgə çalışacağı dinc gələcəyi təmin etmək üçün bu məqsədlərə doğru çalışır”.
Onun sözlərinə görə, indiki vəziyyətdə ABŞ “uzunmüddətli sülh yolu ilə” getmək istəyində Bakı və İrəvanı dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə borclu olan dostu kimi çalışır.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …