Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / “Qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır” – Tofiq Zülfüqarov

“Qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır” – Tofiq Zülfüqarov

Avtomobili qalmaqallı şəkildə polis əməkdaşları tərəfindən cərimə meydançasına aparılan diplomat Tofiq Zülfüqarov açıqlama yayıb.

Sabiq XİN rəhbəri “Facebook”da bildirib ki, iki gün əvvəl baş verən problem bu gün tamamilə həll olunub:

“Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər.

Əminəm ki, baş vermiş bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar. Demək istərdim ki, mənim gəldiyim nəticə ondan ibarətdir ki, qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır. Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım “Facebook”un rolu da vacibdir.

O  bildirib ki, “Hakimiyyət səlahiyyətlilərinin” və sadə vətəndaşların iştirakçıları olduqları cəmiyyətin transformasiyasının müsbət aktları – uzunmüddətli prosesdir:

“Demək olar ki, bu, bizim hamımızın keçdiyi məktəbdir və burada əsas qayda-qanunun aliliyidir. Qısası, qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin.

Əminəm ki, uzumüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, “kim kimi məğlub edəcək” seriyasından yarışma səhnələrini açıqlamadığıma görə, bəzi dostlarım məni bərk tənqid edəcək.

Ancaq mən sual verirəm: “Lazımdırmı?” Axı, aydındır ki, sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans qalib gəldi. Daha doğrusu, qalib gələn qanun oldu”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …

Bir cavab yazın