Kreml Dövlət sarayında Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə təntənəli mərasimlər keçirilir.
“ Azinforum.az ” “Realtv.az”a istinadən xəbər verir ki, mərasimdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Mərasimdə Rusiya prezidenti Vladimir Putin də iştirak edir. O, Şeyxülislamla görüşüb.