Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Paşinyanın bu təklifi danışıqları pozmağa xidmət edir” – Pənah Hüseyn

“Paşinyanın bu təklifi danışıqları pozmağa xidmət edir” – Pənah Hüseyn

“Sözün açığı, Paşinyanın hansı məqsədlə belə bir fikir səsləndirməsi məni bir o qədər də maraqlandırmır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

Siyasətçi Ermənistanın Baş naziri Nikol Paşinyanın Paris səfəri çərçivəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni baş nazir həmin görüşdə rəsmi Bakının Xankəndi erməniləri ilə danışıqlarla başlamasını təklif edib və bunu məqsədəmüvafiq sayıb.

Müsahibimizin sözlərinə görə, əsas odur ki, Azərbaycanın, daha doğrusu, hazırkı Azərbaycan iqtidarının bu məsələdəki mövqeyi 80-ci illərin sonundan bəri birmənalı şəkildə ifadə olunub:

“Müxtəlif hakimiyyətlər dövründə də, eləcə indinin özündə belə Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə dəfələrlə bəyan edilib ki, “Dağlıq Qarabağ” adlı hansısa bir qurumdan danışmaq mümkün deyil, belə bir subyekt yoxdur. Ona görə də bu təklifin özü də konstruktiv xarakter daşımır, əksinə, real danışıqları pozmağı özündə ehtiva edir”.

“Lakin burada belə bir məqam var ki, Paşinyan şərt irəli sürmür, sadəcə fikir səsləndirib. Ola da bilsin ki, bu, Ermənistanın daxili auditoriyası üçündür. Çünki mən onun fikrinə diqqət etdim və o, bunu şərt kimi qoymurdu ortaya.

Qısacası, biz Azərbaycan dövlətinin mövqeyini dəstəkləyirik və Paşinyanın fikirlərli barəsində ehtimallar irəli sürməyə ehtiyac duymuruq”, – AXP sədri yekunlaşdırıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …