Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Partiyalar tariflərin artırılmasına etiraz etdilər

Partiyalar tariflərin artırılmasına etiraz etdilər

Bu gün AMİP, AXP, BAP və Ağ Partiya rəhbərliyi arasında görüş keçirilib. Artıq ənənəvi olaraq keçirilən görüşdə ölkədə və regionda baş verən hadisələr müzakirə olunub. Görüşdə Tarif Şurasının 30 iyun tarixli qərarına əsasən qaz və işıq qiymətlərinin artırılması məsələsi də geniş şəkildə müzakirə olunub.

Məlum qərarın guya ki, sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilməsi şəklində qəbul olunduğu ilə razılaşmayan partiya rəhbərləri əksinə, tariflərin artmasının birbaşa məsul və xidmətlərin bahalaşmasına səbəb olacağını, eləcə də 1 kub metr üçün 10 qəpik dəyərində olan 2200 m3-dək olan limitin 1200  m3 endirilməsinin həm də aztəminatlı əhalinin büdcəsinə mənfi təsir edəcəyini bildiriblər.

Müzakirələr zamanı həmçinin Tarif Şurasının qiymət artımını özünün qaz tələbatını xaricdən ödəyən və təbii qaz sərvətləri olmayan  Türkiyə, Ukrayna, Gürcüstan, Belarus kimi ölkələrlə müqayisəsi də qüsurlu hesab edilmişdir. Partiyalar qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarının sosial problemlərin daha da ağırlaşmasına səbəb olacağını vurğulayaraq Tarif Şurasını qərara yenidən baxmağa və ləğv etməyə çağırıblar.

Azinforum.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …