Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / O sədr oldu, nazirlər isə üzv… – Prezident sərəncam verdi

O sədr oldu, nazirlər isə üzv… – Prezident sərəncam verdi

Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilib.

Sərəncamda qeyd olunur ki, Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Baş nazirin birinci müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azad Rəhimov – Gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Təşkilat Komitəsinin üzvləri

Yusuf Məmmədəliyev – Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Elmar Məmmədyarov – Xarici işlər naziri
Ramil Usubov – Daxili işlər naziri
Kəmaləddin Heydərov – Fövqəladə hallar naziri
Şahin Mustafayev – İqtisadiyyat naziri
Samir Şərifov – Maliyyə naziri
Mikayıl Cabbarov – Vergilər naziri
Oqtay Şirəliyev – Səhiyyə naziri
Əbülfəs Qarayev – Mədəniyyət naziri
Ramin Quluzadə – Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov – Təhsil naziri
Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli – Bakı Nəqliyyat Agentliyinin direktoru
Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ağacan Əbiyev –  Milli Olimpiya Komitəsinin baş katibi
Xəzər İsayev – Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azər Əliyev –  Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi
Fərid Mansurov – Olimpiya çempionu

Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …