Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Mollazadə: “Hamı maraqlıdır ki, Azərbaycanda elmin səviyyəsi yüksək olsun” – DEPUTAT

Mollazadə: “Hamı maraqlıdır ki, Azərbaycanda elmin səviyyəsi yüksək olsun” – DEPUTAT

“Elm sahəsində çalışan şəxslərlə bağlı qanun dəyişikliklər birbaşa olaraq elmi işçilərlə bağlıdır”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Millət Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib.

“Elmin, təhsilin inkişafı ölkənin strateji yoludur. Hamı maraqlıdır ki, Azərbaycanda elmin səviyyəsi yüksək olsun və bunun təminatı da təbii olaraq təhsillə bağlıdır. Çox gözəl olardı ki, elm ilə təhsilin vəhdəti yaradılsın, müvafiq elmi araşdırma mərkəzləri də öz işlərini gücləndirə bilsinlər” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda elm sahəsində çalışan şəxslərlə bağlı qanun dəyişikliyi təklif olunub. Əmək Məcəlləsinin 65-ci (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) maddəsinə ediləcək dəyişikliyə əsasən, elmi işçilər 5 (beş) ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidirlər.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …