Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Məhərrəm Əliyev yeni vəzifəsinin icrasına başladı – FOTO

Məhərrəm Əliyev yeni vəzifəsinin icrasına başladı – FOTO

Yanvarın 5-də Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycanın diplomatik missiyasının yeni rəhbəri etimadnaməsinin surətini nazirə təqdim edib.

Bu barədə Belarusun Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Görüşdə Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri müzakirə edilib. Həmsöhbətlər ən yüksək səviyyədə səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair “Yol xəritəsi”nin razılaşdırılması mövzularına xüsusi diqqət yetiriblər.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafına diqqət yetirdiklərini təsdiq ediblər.

Nazir M.Əliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məhərrəm Əliyev yeni vəzifəsinin icrasına başladı - FOTO
Məhərrəm Əliyev yeni vəzifəsinin icrasına başladı - FOTO

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …