Ana səhifə / Sosial / Bakıda hoteldə yanğın oldu – Video

Bakıda hoteldə yanğın oldu – Video

Bakıda hoteldə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …