Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Məgər biz indiyədək…” – Deputat Oqtay Əsədovla söz davasına çıxdı

“Məgər biz indiyədək…” – Deputat Oqtay Əsədovla söz davasına çıxdı

Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib.
A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib: “Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.
Spiker Oqtay Əsədov isə iradı qəbul etməyib: “Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?” /demokrat.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …