Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Lalə Şövkət Azərbaycanı tərk etməyib, o, mətbuat konfransına hazırlaşır”

“Lalə Şövkət Azərbaycanı tərk etməyib, o, mətbuat konfransına hazırlaşır”

“Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ölkəni tərk etməsi barədə olan məlumat doğru deyil. Lalə xanım Bakıdadır”.

Bu sözləri Strateq.az-açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib.

Onun sözlərinə görə, Lalə Şövkət fəal siyasəti tərk etməyib.

“Lalə xanım aktiv şəkildə ölkədəki siyasi prosesi izləyir. Siyasi fəaliyyətini dayandırmayıb”– deyə o, vurğulayıb.

Ə.Temirxan qeyd edib ki, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı ALP-nin qərarı var: “Biz bu seçkilərdə iştirak etmirik”.

ALP sədrinin sözlərinə görə, Lalə Şövkət siyasi proseslərlə bağlı KİV üçün mətbuat konfransı keçirəcək. “Bunun vaxtını deyə bilmərəm. Zamanında media üçün mətbuat konfransı keçiriləcək”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …