Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Köçkün Qarabağa qayıtmaqdan imtina edirsə, dövlətin ona verdiyi mənzil geri alınmalıdır”

“Köçkün Qarabağa qayıtmaqdan imtina edirsə, dövlətin ona verdiyi mənzil geri alınmalıdır”

“Təsəvvür edə bilmirəm ki, Qarabağ köçkünləri içərisində kimlərsə “mən Qarabağa- doğma yurduma qayıtmıram” – desin”.

Bunu ekspert İlham İsmayıl deyib.

İ.İsmayılın sözlərinə görə, ümumiyyətlə, bu məsələ arzu, istək, könüllülük prinsipi ilə müəyyənləşdirilməməlidir: “Bu gün evlə təmin edilən köçkün Qarabağa qayıtmaqdan imtina edirsə, dövlətin ona verdiyi mənzil geri alınmalıdır. Qarabağ köçkünlərinə “ getmək fikrin var, yoxsa yox” müraciəti olmamalıdır. Bərpa işləri qurtaranda, normal yaşayış şərtləri yarananda hamı qayıtmalıdır, hamı qayıtmağa məcbur edilməlidir. Ümumiyyətlə, bu strateji məsələdir və burda könüllülük prinsipi 1%-dən çox olmamalıdır, çünki sabah Yuxarı Qarabağa heç kim köçməz. Bəhanə də bu olar ki, erməni ilə təhlükəsiz yaşamaq şərtləri tam yaranmayıb. Belə durum perspektivdə düşmənə çox üstünlüklər verə bilər, hətta status məsələsini xüsusi qabartmış olar. Bu elə məsələdir ki, Azərbaycan dövləti lazım gəlsə bütün sərt inzibati tədbirlər həyata keçirməkdən çəkinməməlidir. Məskunlaşma bitər, gələcəkdə kim harda yaşamaq istəsə ora da köçər. Bu işdə dövlətin strateji hədəfi əsas götürülməlidir”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …