Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İranın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb

İranın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb

“İranın Qafqaz siyasəti tam iflasa uğrayıb. Hətta bu gün Gürcüstanın İrana yolları bağlaması da rəsmi Tehran üçün ciddi mesaj olmalıdır. Bu mənada ki, Qafqazda İranı istəyən bir ölkə belə yoxdur. İran guya Ermənistanla müttəfiqdir və bu səbəbdən bizə hədə-qorxu gəlir, hərbi təlim keçir və Ermənistana görə, bizə hava yolunu bağlayır. Amma həmin an Ermənistan Azərbaycan üçün hava yollarını açır. İran başa düşmür ki, Azərbaycan Rusiya, Türkiyə, Gürcüstan və Pakistan üçün İrandan yüz dəfə qiymətlidir”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İranın Cənubi Qafqazla bağlı son siyasətindən danışarkən deyib.

S. Cəlaloğlu hesab edir ki, geopolitik şərtləri və vəziyyəti dərk etmədiyi səbəbindən İran siyasəti yanlış müəyyənləşib və çox ciddi uğursuzluğa düçar olacaq.

Türkiyə və İran sərhədlərinin bağlandığına diqqət çəkən ADP sədri qeyd edib ki, bu proses dərinləşə bilər: “Lazım gəlsə Pakistan da belə addım atacaq. Eləcədə ərəb ölkələrinin belə qərar verməsi mümkündür. Hələlik bu proses genişlənir”.

S. Cəlaloğlunun fikrincə, İran Azərbaycan deyəndə, kiçik bir Azərbaycanı başa düşməklə yanlışlığa yol verib: “İranın rəhbərliyi elə bilirmiş ki, onların Azərbaycana vurduqları ziyanı ancaq Azərbaycan ödəyəcək. Bəs indi nə oldu? Məlum oldu ki, Azərbaycana vurulan zərbəni Gürcüstan və Türkiyə onlara qaytarır. Sabah Pakistan, ehtiyac olarsa Qətər, Əfqanıstan və Rusiya da qaytara bilər. Bu mənada hesab edirəm ki, İranın Azərbaycana baxışı yanlışdır. Bunu nə qədər tez düzəltsələr, bir o qədər yaxşı olar”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …