Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “İndiki halda təkrar seçkilərin keçirilməsi mümkün deyil”

“İndiki halda təkrar seçkilərin keçirilməsi mümkün deyil”

Koronavirusa görə Azərbaycanda və dünyada bir sıra beynəlxalq tədbirlər ləğv edilib. Eyni zamanda dərslər təxirə salınıb, əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb, gediş-gəlişə müvəqqəti yasaq qoyulub. Lakin buna baxmayaraq mövcud durum fövqəladə vəziyyət hesab edilmir. Fövqəladə vəziyyət – Azərbaycan Respublikasının Konstitusiyasına və “Fövqəladə vəziyyət haqqında” qanuna uyğun olaraq Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu Qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir.

Qanunda göstərilir ki, fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.

Bildirilir ki, Azərbaycanda hazırkı vəziyyət fövqəladə vəziyyət hesab edilmir. Bəs belə olan halda parlament seçkiləri indiki zamana düşsəydi, keçirilərdimi?

Hüquqşünas Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, xüsusi qaydalar əsasında seçkilərin keçirilməsi baş tuta bilərdi: “Müəyyən qaydalarla məhdudlaşdırmanın da aparılması mümkün olardı. “Fövqəladə Hallar haqqında” qanunun 9.1 maddəsində (Fövqəladə vəziyyət şəraitində referendumun və ya yerli rəy sorğusunun keçirilməsinin istisna olunması) isə göstərilir ki, Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda fövqəladə vəziyyət elan edildikdə, fövqəladə vəziyyət zamanı, həmçinin fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində referendum və ya seçkilər keçirilə bilməz. Ancaq indiki halda da – yəni fövqəladə vəziyyət olmasa belə, mövcud mıhdudlaşmalar şəraitində Azərbaycanda ləğv edilən məntəqələrə seçkilərin keçirilməsi inandırıcı və mümkün deyil.”.

Onu da qeyd edək ki, Fransada bələdiyyə seçkilərinin 2-ci turu koronavirusun yayılmasının qarşısını almaq məqsədilə naməlum müddətə təxirə salınıb.

Bunu Fransa Prezidenti Emmanuel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciəti zamanı deyib. Ölkə başçısı xalqı ən vacib yerlərdən başqa məqsədlə evdən bayıra çıxmamağa çağırıb. Ölkə ərazisində hətta ailə məclisləri, dost və tanışlarla gəzintilər də qadağan olunub. 

Eyni zamanda ölkədə 15 gün ərzində yalnız müalicə, ərzaq alışı və işə getmək məqsədilə evi tərk etmək mümkündür. Qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar 38 avrodan 135 avroya qədər cərimə olunacaqlar.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …