Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İlqar Məmmədova da 190 manat verilib? – AÇIQLAMA

İlqar Məmmədova da 190 manat verilib? – AÇIQLAMA

Xüsusi karantin rejimində işsizlər üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik müavinət alanlardan birinin adı, soyadı və atasının Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun adı, soyadı və atasının adı ilə eynilik təşkil edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu yazıb. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi doğum tarixini, yaşayış yerinin ünvanı da dərc etməlidir. Hardan bilək ki, bu şəxs Real sədri İlqar Məmmədovdur, yoxsa başqası? Ad, soyad və atasının adı eynidir:

396829 – MƏMMƏDOV İLQAR ELDAR OĞLU”, – deyə ADR sədri bildirib.

Bu məsələ sosial şəbəkələrdə rezonansa səbəb olub. REAl-ın icra katibi Natiq Cəfərli bu şəxsin İlqar Məmmədovun olduğunu birmənalı təsdiq, yaxud təkzib etməyib. O, bildirib ki, məsələ ilə bağlı şikayət edilib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …