Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Hakim blokun deputatı Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılır

Hakim blokun deputatı Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılır

Ermənistan parlamentindəki hakim “Mənim addımım” blokunun deputatı Ovannes İgityan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibindən tezliklə çıxarılacaq.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə iyulun 19-da Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, buna səbəb kimi onun Ermənistan nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Ruben Rubenyanla aralarında yaranmış gərginlik göstərilir. Bundan başqa, Rusiya nümayəndə heyətinin AŞPA-nın iclaslarına qatılması qərarı ilə bağlı keçirilən səsvermədə İgityanın iştirak etməməsi də səbəblərdən biridir.

O.İgityan isə məsələdən xəbərsiz olduğunu bildirib. Ancaq Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin tərkibini ölkə parlamentinin sədri Ararat Mirzoyan təsdiqləyir. Bu baxımdan, nümayəndə heyətinin üzvləri parlament sədrinin qərarından xəbərsiz ola bilərlər.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …