Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / General iki rəisin yerlərini dəyişdi – Xidmətdə dəyişiklik

General iki rəisin yerlərini dəyişdi – Xidmətdə dəyişiklik

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə və Zaqatala rayon şöbələrinə yeni rəislər təyin edilib.
Bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzovtutduğu vəzifədən azad edilərək Zaqatala rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib/Report.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …