Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddir”

“Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib.

Türkiyə lideri qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyinə qəsddir.

Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib.

“Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, – Türkiyə prezidenti vurğulayıb.

O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb./Oxu.az

Həmçinin oxuyun

Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfərində təxribat törətməyi planlaşdırır

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfəri çərçivəsində Kansler Olaf Şoltsun dəvəti ilə aprelin 26-da …