Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fəzail Ağamalı Bodruma, Zahid Oruc kitab oxumağa – Deputatlar danışdı

Fəzail Ağamalı Bodruma, Zahid Oruc kitab oxumağa – Deputatlar danışdı

Soyuq qış ayının bitməsi, həm də ağır iş rejimindən sonra insanların dincəlməsi deməkdir. Yayın istisindən və şəhərdəki gərginlikdən qaçan insanlar daha çox dağların, sərin suların, meşələrin olduğu bölgələrə üz tuturlar. Artıq son zamanlar istirahətini xaricdə keçirənlər də az deyil. Daha ucuz olan Gürcüstanaın Batumi zonasına üz tutanlar da var, biraz artıq xərc çəkib Türkiyəyə gedənlər də. Sadə insanlarımız istirahət üçün daha çox bu iki ölkəyə üstünlük verir.

Bəs görəsən millət vəkillərimiz istirahətlərini harda və necə keçiriəcək? Bu sualı ünvanlamaq üçün bir neçə deputatlarımıza zəng etsək də, yalnız iksi ilə danışa bildik.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında istirahət üçün iki versiya üzərində düşündüyünü qeyd etdi və bildirdi ki, amma hələki konkret qərar verməyib. Millət vəkili istirahət üçün nə qədər pul xərcləyəcəyini də açıqladı:” Mən əsasən Azərbaycanda istirahətə üstünlük verirəm. Təbii ki, daha çox dağlıq, təbiəti daha əsrarəngiz, yaşıllıq və sairə olan yerlərdə. Çox vaxt ailəmlə gedirəm, amma bəzi hallarda bir həftədə sərbəst, hər kəsdən uzaq, tək istirahətə üstünlük verirəm. Yəni istəyirəm ki, mən və təbiət olaq. Hazırda iki variant var. Ola bilsin Türkiyənin Bodrum istirahət zonasına getdim. Amma hələ dəqiq deyil. İnsanların çoxu Antalyaya gedir. Amma mən Antalyanı xoşlamıram. Çünki orada hava çox isti və rütubətliliyi yüksəkdi. Bodrumda dəfələrlə olmuşam, Türkiyənin istirahət mərkəzlərinin çoxuna getmişəm. Xərcləyəcəyim pula gəlincə, aldığım məzuniyyət pulu imkan verir ki, 10 və ya 15 gün Bodrumda istirahət edə bilim”.

Fəzail Ağamalıdan fərqli olaraq, millət vəkili Zahid Oruc istirahətini ölkə daxilində keçirəcəyini bildirdi və bu vaxtdan istifadə edərək bir sıra vacib işləri həyata keçirəcəyini vurğuladı. Millət vəkili bildirdi ki, uzun zamandır mütaliə etmək istədiyi bir sıra kitabları da yaranmış fürsətdən istifadə edərək oxumaq fikrindədir:

“Parlament daxili nizamnamə üzrə bu gün yaz sessiyasını başa vurur. Lakin deputatların imzası və bir qayda olaraq formalaşmış ənənəyə müvafiq olaraq bir ay daha işləyəcyik. Ona görə də hər bir halda iyul ayında iş başında olacağıq. O ki qaldı buna qədərki dövrə. Mən bir Zahid Oruc olaraq ölkə xaricinə səfərlərə, istirahətə gedən adamlardan olmamışam. Ona görə yox ki, müəyyən maliyyə məsələləri tələb edir. Əslində Azərbaycan təbiəti yetərincə zəngindir. Ümumiyyətlə istirahət lazımlıdır, çünki dincəlməsən yaxşı çalışmalar da mümkün olmur. Azərbaycanda tətil dövrünü burada olacam. Bu zaman kəsiyində kiçik tədbirlərimiz, açılış mərasimlərimiz də olacaq. Ondan sonra çoxlu qalan kitablar var ki, onların mütaliəsini istəyirəm. Yəqin ki, onlar yerinə yetiriləcək”. 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …