Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı – VİDEO

Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı – VİDEO

Erməni millətçiləri tərəfindən başlanmış Dağlıq Qarabağ münaqişəsi üzündən Azərbaycanı tərk etmiş erməni Rimma Sarkisova 30 illik fasilədən sonra doğma Gəncə şəhərinə səfər etmək imkanı əldə edib.

Virtualaz.org “Gəncə Post”a istinadən xəbər verir ki, hazırda Rimma Sarkisova Ukraynada yaşayır.

Gəncəyə gələn kimi erməni qadın ilk olaraq doğma evinə yollanıb və qonşulardan heç olmasa kiməsə rast gəlməyə ümid edib. Çay süfrəsi arxasında o, keçmiş qonşusu Asif İsmayılovla ötən günləri və köhnə qonşuları xatırlayıb.

Rimma Sarkisova əmin olduğunu bildirib ki, baş verən faciələrin günahkarı erməni separatçılarıdır. Onlar olmasaydı, hamı əvvəlki kimi mehriban qonşu olaraq yaşayacaqdı…

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …