“Relax” qalmaqalından sonra yaxın qohumları, o cümlədən oğlu və
qardaşı oğlu həbs olunan depuatat İqbal Məmmədov çıxılmaz vəziyyətə
düşüb. JAMAZ.İNFO xəbər verir ki, vergi və polis əməkdaşlarının
döyülməsi faktına görə həbs olunan yaxınlarını çıxarmaq üçün Məmmədovun
xahişə getmədiyi qapı qalmayıb.
Aldığımız
məlumata görə, İqbal Məmmədov əvvəlcə məsələni “Bandotdel”də həll etmək
istəyib. Amma istəyinə çata bilməyib. Məhkəmə yolu ilə problemin
çözülməsinə çalışmaları da fayda verməyib. Son bilgilərə görə, deputat
bu günlərdə Baş Prokurorluğa üz tutub. Mənbənin dediyinə görə,
prokurorluqda oğlu və qardaşı oğlunun heç olmasa ev dustaqlığına
buraxılması məsələsində razılıq əldə etməyə çalışıb. Lakin, bu niyyəti
də baş tutmayıb.
Həmçinin oxuyun
AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə
Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …