Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bunu deyən hər kəs mənim üçün ən ləyaqətsiz azərbaycanlıdır!” – Deputat

“Bunu deyən hər kəs mənim üçün ən ləyaqətsiz azərbaycanlıdır!” – Deputat

“Əsgərlərimiz orada, biz də burada düşmənlə dörd-beş cəbhədə döyüşürük. Ancaq ən ağırı öz danabaşlarımızla döyüşdür. Demək mənim ifadəmi başa çıxarıb paylaşırlar. Demişəm ki, “torpağı qorumalıyıq, bu zaman şəhidlərimiz də olacaq, çalışaq ki, az itkilərlə mövqeləri əlimizdə saxlayaq”. Saymışam, düz 350 əziz milli danabaşımız bilirsiniz nə yazır: “O torpağı sevirsənsə get özün qoru. Biz neyləyirik torpağı, təki şəhidimiz olmasın!””

Bunu deputat Fazil Mustafa qeyd edib.

“Əlbəttə, Allah etsin ki, bir şəhidimiz olmasın, bir ananın, bir atanın da gözü yaşlı qalmasın. Ancaq müharibənin də öz reallığı var. Maraqlıdır ki, araşdırsan görərsən ki, bu adamların ailəsində bəlkə də şəhid, qazi yoxdur, sadəcə kasıb-varlı söhbətini əzbərləyiblər, bir də “o niyə fəraridir, mən də fərari olacağam”, “o pisdirsə, mən niyə pis olmayım” tezisini önə çəkirlər. Bunlar torpaq itkisinin acısını qaçqın kimi, məcburi köçkün kimi canında yaşamayanlardır. Onlar Qarabağı yenidən bizə qaytaran qələbənin dəyərini anlamayanlardır. Bunlar həm də müstəqilliyimizin parazitləridir. Necə yəni “nəyimizə lazım torpaq”. Bunu deyən hər kəs mənim üçün ən ləyaqətsiz azərbaycanlıdır! Bu qədər sərt! Ən ağırı da “sən özün niyə gedib savaşmırsan” deyən milli danabaşlarımızdır. Mən erməni ilə ən yaxın səngərdə il yarım tağım komandiri kimi döyüş tapşırığı yerinə yetirəndə ağlıma gəlməzdi ki, bir gün hansısa sürü qarşıma dikilib utanmaz-utanmaz deyəcək ki, sən özün niyə Vətəni qorumursan?”” – deputat bildirib.

Fazil Mustafa fikirini belə yekunlaşdırıb:

“Bunlardan olsaydı belə bir ittiham səsləndirərdilər ki, “niyə o vaxt Lütfüzadə gəlib əlində silah Qarabağda döyüşmədi?” Qumçular bu danabaşları rahatlıqla öz yeminə çevirə bilirlər. 10 milyon vətəndaş olsa da, başına Vətənin daşı düşənlərin sayı hələ ki, içində, canında Vətəni daşıyanların sayından qat-qat çoxdur. Ən azı 350-sini mən söylədim. Ləbbeykə ya Vətən! Allah səni tükənməz sərvətimiz olan milli danabaşlardan qorusun!”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …