Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bu xain hücuma məhz İran rəsmilərinin rəvac verdiklərini açıq göstərir” – BAP

“Bu xain hücuma məhz İran rəsmilərinin rəvac verdiklərini açıq göstərir” – BAP

Böyük Azərbaycan Partiyasının Bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi son dərəcə hiddətləndirmişdir.

“Diplomatik Münasibətlər haqqında Vyana konvensiyası”nın tələblərinə əsasən Azərbaycanın İrandakı səfirlik binasının hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran dövlətinin birbaşa vəzifəsi olmasını nəzərə alaraq bildiririk ki, səfirlik ərazisi Azərbaycan ərazisi hesab edildiyindən bu həm də ölkəmizin ərazisinə qarşı hücum kimi qiymətləndirilməlidir, baş verən hadisəyə görə İran fars molla rejimi rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Son dövrlər İran rəhbərliyinin ölkəmizə qarşı sərgilədiyi düşmənçilik mövqeyi, apardıqları siyasət və təbliğat da bu xain hücuma məhz İran rəsmilərinin rəvac verdiklərini açıq göstərir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş xain hücumu hiddətlə pisləyərək, bu hücumu İranın Azərbaycan ərazisinə hücumu kimi qiymətləndirir, bu qanlı cinayətə görə birbaşa İran rəhbərliyinin məsuliyyət daşıdığını bildirir, İran fars molla reyimi rəhbərlərindən Azərbaycana qarşı apardıqları ermənipərəst düşmənçiliyin dayandırılmasını tələb edir,düşmən hücumu nəticəsində həlak olmuş Orxan Əsgərova Allahdan rəhmət diləyir, ailəsinə və bütövlükdə xalqımıza başsağlığı veririk.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …