Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq” – DEPUTAT

“Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq” – DEPUTAT

Milli Məclisdə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu.

Deputat Sabir Rüstəmxanlı cinayət yolu ilə əldə edilmiş əmlak barədə danışdı. Bildirdi ki, Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsait çıxır: “Hətta xarici ölkələrdə mülkləri, binaları üzə çıxır. Bunlar dövlətin vəsaitləridir, belə talamaq olmaz”. Deputat qeyd etdi ki, aşkar olunan vəsaitlər dövlətə məxsusdur, bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır: “Cinayət yolu ilə əldə edilmiş əmlak sözü sıravi vətəndaşa aid deyil. Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffaflaşdırılmasının vaxtı çatıb. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.

S.Rüstəmxanlı çıxışında həssas bir məsələyə də diqqət çəkdi: “Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq. Düzdür, bununla bağlı Prezidentin münasibəti var. Amma hələ də qanunvericilik olaraq terror təşkilatı ilə bağlı qərar verilməyib”. Musavat.com

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …