Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bir neçə dəfə icra başçısı ilə…“ – İmişlinin deputatı

“Bir neçə dəfə icra başçısı ilə…“ – İmişlinin deputatı

“İcra başçısının həbsi həyata keçirilən zaman Milli Məclisin plenar iclası idi. Ona görə də bu hadisələrdən xəbərsiz olmuşam. Hazırda baş verən hadisələri izləməkdəyəm. Müəyyən zənglər edib, məlumatlar almağa çalışıram”.

Bu sözləri İmişlidən seçilən millət vəkili Razi Nurullayev deyib.

O icra başçısının qanunsuz əməllərinədən xəbərsiz olduğunu deyib: “Mən yeni deputatam, və buna görə də rayonda baş verən hadisələrdən çox da məlumatım yoxdur. İcra başçısının həbsini mediada izləyib, məlumatlanmışam. Rəsmi açıqlamadan sonra daha ətraflı danışmaq olar”.

İcra başçısı ilə münasibətlərimə gəldikdə isə başçı-deputat münasibəti necə idisə, bizim də münasibətimiz elə idi. İşgüzar münasibətimiz var idi. Koronavirusla əlaqəli İmişliyə gedə bilməsəm də, bir neçə dəfə icra başçısı ilə əlaqə saxlayıb, görülən tədbirlər haqda məlumat almışam”.

Deputat son zamanlar hüquq-mühafisə orqanlarının keçirdiyi islahatları yüksək qiymətləndirib: “Onu deyə bilərəm ki, hüquq mühafizə orqanlarında islahatlar bitməyib. Hələ davam edir. Sevindirici və ümidverici məqamlar var. Biz də parlamentdə hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı qanunverciliyə dəyişikliklər edilməsi və yeni qanunların qəbul ediləsi ilə bağlı müəyyən işlər aparırıq. Mən bütün bunlara ümidverici hal kimi yanaşıram”.  /Azxəbər.com

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …