Cümə axşamı , May 9 2024
Ana səhifə / Siyasət / Bakıda İrina Şeykin iştirakı ilə milyonçular gecəsi keçiriləcək

Bakıda İrina Şeykin iştirakı ilə milyonçular gecəsi keçiriləcək

Giriş haqqı 2-10 min dollar arasında dəyişən mərasimdə bütün yerlər artıq tutulub.
Sabah Bakıda milyonçular gecəsi keçiriləcək. ANS PRESS-in məlumatına görə, mərasimdə şou-biznes nümayəndələri və müxtəlif sahələrdə tanınmış simalar iştirak edəcək. Dünyanın dörd bir tərəfindən xüsusi incəliklə seçilmiş ən cəzibədar 20 model – “Billionaire Girls” da tədbirin iştirakçısı olacaqlar.
Mərasimin DJ-i dünyaca məşhur Maqnum olacaq. Tədbirin iştirakçıları arasında məşhur iş adamları, dünya ulduzları, Formula 1 pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkün olacaq.
Kübar cəmiyyətin əyləncəsi 3 gün davam edəcək. Təşkilatçıların sözlərinə görə, artıq bütün masalar rezerv olunub. Bir masanın qiyməti azı 2 min dollardır.
“Bu mərasimin Formula 1-ə aidiyyəti yoxdur. Onun üçün də yarışa bileti olan adam tədbirə qatıla bilməz. Bizdə ancaq masa almaq olar. Qiymət 2 min dollardan 10 min dollara qədərdir”.
Milyonçuların gecəsində ulduz futbolçu Kriştiano Ronaldonun eks sevgilisi məşhur model İrina Şeyk də olacaq. Milyonçular klubu Formula 1 komandalarından “Benetton” və “Renault” şirkətlərinə rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub.

Həmçinin oxuyun

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər …

Bir cavab yazın