Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakı-Moskva münasibətləri: narahat olmağa əsas varmı?

Bakı-Moskva münasibətləri: narahat olmağa əsas varmı?

Son günlər Rusiya Azərbaycana münasibətdə müxtəlif qeyri-dost addımlar atmağa başlayıb. Belə ki, Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, “Dağlıq Qarabağ”dan isə 14 ton zəruri mallar gətirilib.

Bundan başqa, Qarabağ ətrafındakı Azərbaycan mövqelərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindən erməni silahlı tör-töküntüləri tərəfindən atəşə tutulması halları da müntəzəm xarakter alıb.

Azərbaycan, həmçinin, humanist prinsiplərdən çıxış edərək dünyanın müxtəlif məkanlarında humanitar böhranların aradan qaldırılmasına da yardım əlini uzadır. Son olaraq Azərbaycan belə bir humanitar yardımı Polşadan keçməklə indi çətin günlərini yaşayan Ukraynaya yollayıb. Bu addımda hər hansı bir siyasi çalar da yoxdur. Bakı, sadəcə, olaraq humanist prinsipləri əsas götürərək Ukrayna xalqına mənəvi dəstək olub.

Amma buna baxmayaraq, görünən odur ki, Azərbaycanın humanist addımı Moskvanı əməlli-başlı qıcıqlandırıb. Görünür, Rusiya onun razılığı və istəyi olmadan kənardan Ukraynaya hər hansı bir humanitar dəstəyin verilməsini istəmir. Ona görə də Azərbaycanın humanist addımına cavab olaraq tələm-tələsik qondarma qurumdan guya Ukraynaya dəstək üçün zəruri mallar gətirildiyini bəyan ediblər. Xarkovdakı Azərbaycan konsulluq binasının vurulması da bu mənada təsadüf sayıla bilməz. Rusiyanın bu hərəkəti onu göstərir ki, son zamanlar həddən artıq aqressivləşmiş Moskva ərazi bütövlüyünü dəstəkləmək və humanitar yardım göndərməklə Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqeyindən narazıdır.

Bu iddialar nə dərəcədə  gerçəkliyi əks etdirir? Narahat olmağa dəyərmi? Azərbaycanın Ukrayna siyasətində yanlışı varmı?

Elman Nəsirov: "Allah belələrinin cəzasını versin" » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

 Elman Nəsirov 

YAP-çı deputat Elman Nəsirov Rusiyada Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını istəməyən qüvvələrin fəallaşdığını düşünür: “Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30 ili tamam oldu. Bu 30 illik tarix ərzində münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunurdu. Amma bu ilin 22 fevral tarixində ölkə Prezidenti, cənab İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında imzalanmış bəyannamə ikitərəfli münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Ancaq son zamanlar ikitərəfli münasibətlərimizdə bəzi anlaşılmaz məqamlar da baş verir ki, bu heç bir halda müttəfiqlik münasibətlərinin ümumi ruhuna uyğun gəlmir. Həmin münasibətlərə kölgə salır. Bu ilk növbədə onunla bağlıdır ki, tez-tez Rusiyanın rəsmiləri tərəfindən Dağlıq Qarabağ ifadəsi işlənir. Elə bu yaxınlarda Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, ”Dağlıq Qarabağ”dan isə 14 ton zəruri mallar gətirilib. Bu nə ifadədir? Belə anlaşılır ki, bu şəxs oranı ayrıca bir inzibati ərazi vahidi kimi görür. Bu bəyanatdan elə çıxır ki, o, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etmir. Ümumiyyətlə, Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidliyi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il 7 iyul tarixli fərmanı ilə Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Belə bir inzibati ərazi vahidi olmaya-olmaya rusiyalı generalın belə bir mövqe ortaya qoyması təbii ki, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir addımdır. Halbuki haqqında bəhs etdiyim müttəfiqlik haqqında bəyannamənin birinci bəndinin birinci maddəsində qeyd olunub ki, hər iki dövlət öz münasibətlərini ərazi bütövlüyü, suverenlik məsələləri, bir-birinin daxili işlərinə qarışmama, qarışıqlı hörmət, güc tətbiq etməmək, hədələməmək üzərində qurur. Belə olan vəziyyətdə Dağlıq Qarabağ ifadəsini rus generalı nə üçün işlədir? Bunu da brifinqdə səsləndirir və jurnalistlər də yayırlar. Demək, beynəlxalq aləmə bu cür təqdim etmək istəyirlər. Bu da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlmiş addım kimi qəbul edilməlidir. Heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir. Bir sözlə, ona kölgə salır. Bu, çox məsuliyyətsiz bir davranışdır. Eyni zamanda rus sülhməramlılarının Qarabağdakı nəzarət zonasında da qeyri-qanuni erməni birləşmələri, separatçıların tör-töküntüləri atəşkəs rejimini intensiv şəkildə pozurlar. Bu addımları ilə də 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin bütün məzmununa, mahiyyətinə, fəlsəfəsinə daban-dabana zidd bir fəaliyyət ortaya qoyurlar. Bizi də narahat edən budur. Atəşkəsin intensiv pozulması halları rus sülhməramlılarının gözü qarşısında baş verir. Ağdam istiqamətində gündə 30-a qədər atəşkəsin pozulması halları qeydə alınır. Rus sülhməramlıları bunun qarşısını almaq üçün niyə real tədbirlər görmürlər? Halbuki onların vəzifəsi bunların qarşısını almaqdır. Nə üçün kənar seyrçi mövqedə dayanırlar? Bununla əllərində silah olan həmin tör-töküntüləri ruhlandırırlar. Onlarda arxayınlıq yaranır ki, atəşkəsi pozarıq, heç bir cəza da almarıq. Bütün bunlar təbii ki, cavabı gözlənilən suallardır. Haqlı olaraq Azərbaycan ictimaiyyəti bu suallara cavab istəyir. Bütün bu baş verənlər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasına daban-dabana zidd olan addımlardır. Rusiyada bəzi dairələr maraqlıdır ki, Bakı-Moskva münasibətlərinə xələl gətirsinlər. Görünür, bu əlaqələrin müttəfiqlik səviyyəsinə qalxması Rusiyada kimlərisə narahat edib. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Bunun qarşısını almaq üçün əsaslı tədbirlər görülməlidir”.

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Rusiyaya rəsmi Bakının sərt reaksiya verməsinin vacibliyinə toxundu: “Bir tərəfdən Qərbin Ukraynanı tək buraxdığını gördük, o biri tərəfdən də Rusiyanın müttəfiqləri sayılan Çin, İran, Venesuela da tam Moskvanın yanında durmadılar. Dünya çapında bütün bu konfiqurasiyanı gördükdə Azərbaycan ən optimal varianta əl atıb. Rusiya ilə müttəfiqlik imzası, paralel olaraq Ukraynaya humanitar yardım göstərərək rəsmi Bakı balanslı siyasət irəli sürdü. Təbii ki, bu cür mövqe Rusiyanın ürəyincə olmadı. Ona görə Rusiya Müdafiə Nazirliyi tərəfindən Azərbaycana qarşı bu cür provokasiya oldu. Əvvəllər də buna oxşar provokasiyalar Rusiya tərəfindən müşahidə edilmişdi. Məsələn, müharibədən qabaq Rusiya XİN-in Azərbaycana qarşı dəfələrlə provokativ addımlar atdığını gördük. İndiki zamanda Rusiyanın Azərbaycanı qarşısına alması maraqlarına cavab vermir. Onsuz da Rusiya dünyada kifayət qədər təklənib. Lakin Azərbaycan da Rusiyanın provokasiyalarına ciddi etirazını Moskvaya bildirməlidir”. “Yeni Müsavat”

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …