Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycan ziyalılarından Qazaxıstan xalqına DƏSTƏK

Azərbaycan ziyalılarından Qazaxıstan xalqına DƏSTƏK

Qazaxıstanda maye qazın qiymətinin artmasına görə yanvarın ilk günlərindən başlayan etiraz aksiyaları ölkədə qarşıdurmalara, qanlı toqquşmalara səbəb olub. Prezident Kasım-Jomart Tokayev ölkədə baş verən etiraz aksiyalarının qarşısının alınması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingentini Qazaxıstanda çağırıb.
Qazaxıstanda yaşanan qanlı hadisələr Türk dünyasında diqqət və həyəcanla izlənilir. Türkdilli ölkələrdən olan bir sıra ziyalılar Qazaxıstanın bu çətin günlərində öz dəstəklərini nümayiş etdirirlər.
Bəs azərbaycanlı ziyalılar necə, Türk dünyasının mərkəzində yerləşən Qazaxıstanla bağlı nə düşünürlər, belə çətin günlərdə bu ölkədə olmaq istərdilərmi?
Axı 80-ci illərin sonları – 90-cı illərin əvvəllərində baş vermiş qanlı Sumqayıt və 20 yanvar hadisələri zamanı SSRİ Ali Sovetində fəaliyyət göstərən qazax deputat, məşhur yazıçı Oljas Süleymenovun Azərbaycanı sonadək müdafiə etməsi yaddan çıxmayıb.“Qazaxıstan hakimiyyətinin dəvət etdiyi qüvvələrlə xalq üz-üzədir”
Modern.az-ın sualına cavab verən Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, 1990-cı ildə Azərbaycanda ölkənin daxilinin ermənilər tərəfindən işğalına etiraz edən xalq hərakatı var idi:

“Azərbayacan SSRİ-nin tərkibində idi və ölkəyə havadan, qurudan Sovet qoşunu yeridilmişdi. Vəhşiliklə Bakıda və bir sıra rayonlarda əhalini qırdılar, əzdilər. O zaman kənar bir qoşun Azərbaycana daxil oldu və Azərbaycanı Ermənistan qarşısında zəif göstərmək niyyətli idilər.
Qazaxıstanda baş verənlər ayrı hadisədir. Ölkə daxilində iqtidar-müxalifət və yaxud iqtidarla xalq arasında anlaşılmazlıq var. Bunu özləri dialoq şəklində həll edə bilərdilər. Qazaxıstan rəhbərliyi iğtişaşları törədənlərlə adını nə qoyurlar qoysunlar, danışa bilərdilər. Qiymət artımına qarşı iqtisadi tələblər irəli sürülmüşdü. O tələblərə münasibət bildirilə bilər, məsələnin kökünü araşdırmaq olardı. Hər halda ölkəyə kənar qoşunlar daxil olmazdı və ardınca bu qədər ölüm hadisələri baş verməzdi. O mənada bu iki hadisəni eyniləşdirmək olmaz”.
Xalq şairi qeyd edib ki, əgər qazax xalqı ayağa qalxıb öz arasında nəyisə həll eləmək istəyərsə, azərbaycanlı ziyalıları tanıyan, hörmət edənlərlə gedib danışmaq olardı:“Amma orada sülməramlı qüvvələr adından gələnlər və Qazaxıstan hakimiyyətinin dəvət etdiyi qüvvələrlə xalq üz-üzədir. Biz də dəvət olunma yox idi. İndiki şəkildə getməklə nəyisə dəyişmək olmaz”.
S.Rüstəmxalı vurğulayıb ki, uzaqdan-uzağa əli çatan qazax dostlarını axtarır, hadisələrə münasibət bildirir:
“Proseslərin arxasında kim dayanır, kimdi günahkar, xalqın, hakimiyyətin mövqeyi nədir – bunların hamısı hələ aydın deyil. Amma ən pisi odur ki, qazax xalqına qarşı yadelli qoşunu Qazaxıstan iqtidarı dəvət edib”.
“Əgər getmək mümkün olsaydı, orada olmaq istərdim”
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirib ki, hazırda Qazaxıstana getmək mümkün deyil:

“Ona görə getmək haqqında nəsə deyə bilməyəcəm. Bu hadisələrlə bağlı telefonla Oljas Süleymenova zəng elədim, təəssüf ki, zənglərimə cavab vermədi. Qazaxıstan yazıçılarına məktub yazmışıq. Qəzetdə çap olunacaq”.
Anar qeyd edib ki, əgər getmək mümükün olsaydı, Qazaxıstanda olmaq istərdi.“Xarici qüvvələrin hansısa ölkəyə daxil olmasının əleyhinəyəm”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev vaxtilə Sumqayıt və 20 yanvar hadisələrindən sonra Oljas Süleymenovun Bakıya gəlməsini xatırladıb:

“O vaxt Bakıya da gəlmək mümkün deyildi. Oljas Süleymenov bir neçə gündən sonra Bakıya gələ bilmişdi. Hər yerdə komendat saatı idi. Moskvada bizi dəstəkləyən çıxışlar etdi. Hesab edirəm ki, bizim xalqımızı dəstəkləyən insan unudulmur”.
Xalq yazıçısı qeyd edib ki, indi onlarda bu cür hadisənin baş verməsinə üzülür:
“Mən də öz mövqeyim olaraq bildirirəm ki, bu qan niyə tökülməlidi? Xalqı dəstəkləyirəm, onlar bizim dostlarımızdır. Orada olmaq istəyərdim. Amma yalandan yazıblar ki, mən artıq ora getmişəm, ya da gedirəm. Hazırda Qazaxıstana olan bütün reyslər dayandırılıb. Oradakı dostlarımızla heç cür əlaqə saxlaya bilmirik. Ona görə sosial şəbəkə hesabımdan yazdım ki, həmişə qazax xalqı ilə olmuşuq, olacağıq da. Onlar bizim qardaşlarımız, bacılarımızdır. Biz həmişə onları dəstəkləyirik”.Ç.Abdullayev KTMT hərbçilərinin Qazaxıstana yeridilməsinə münasibət bildirərkən qeyd edib ki, həmişə xarici qüvvələrin hansısa ölkəyə gəlişinin əleyhinə olub və 1990-ci ildəki hadisələrdən bəhs edən “Qara Yanvar” kitabının müəllifidir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …