Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Azərbaycan İrandakı səfirliyini bərpa edir

Azərbaycan İrandakı səfirliyini bərpa edir

Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. 

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani gündəlik mətbuat konfransıda danışıb. 

O bildirib ki, İran və Azərbaycan prokurorluğunun görüşlərində bu məsələ müakirə edilib. 

“Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz, iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb” – Kənani qeyd edib. 

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. 

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …