Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycan-Avropa İttifaqı sazişi yaya qədər imzalana bilər – İDDİA

Azərbaycan-Avropa İttifaqı sazişi yaya qədər imzalana bilər – İDDİA

Azərbaycanla Avropa İttifaqı arasında sazişin nə zaman imzalanacağı barədə suala hələ ki, konkret cavab verilməyib. Sənədin mayın 13-də imzalanacağı barədə yayılan məlumat ötən həftə Xarici İşlər Nazirliyi tərəfindən operativ şəkildə təkzib olundu.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas isə mətbuata bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Aİ “Şərq tərəfdaşlığı” ölkələri liderlərinin görüşünə dəvət alıb. Həmin görüş isə may ayında Brüsseldə olacaq. Onun sözlərinə görə, görüş “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunub. Sammitə 6 dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti də dəvətlidir. Hesab olunub ki. bu əlamətdar tarixlə əlaqədar Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişinə dair danışıqlara yekun vurula bilər. K.Yankauskas xatırladıb ki, ötən həftə tərəflər arasında ticarət məsələlərinə dair danışıqlar aparılıb. Bu həftə danışıqlar video-konfrans vasitəsilə davam etdiriləcək. “Tarixi açıqlamadan deyə bilərəm ki, sazişin tezliklə imzalanması üçün çalışacağıq”, – o qeyd edib. “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir isə mayın 13-də Brüsseldə planlaşdırılıb.

Qeyd edək ki, bundan öncə tərəflər sazişin üzərində işin tamamlanmaq ərəfəsində olduğunu açıqlamışdılar. XİN rəhbəri Elmar Məmmədyarov Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı demişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin 90 faizi razılaşdırılıb. Bu mənada ekspertlər hesab edir ki, qalan 10 faizin razılaşdırılması çox da çətin olmayacaq. Aİ-nin Azərbaycanla əməkdaşlığa ciddi önəm verməsi də prosesi sürətləndirə bilər.

Əvəz Həsənov ile ilgili görsel sonucu

Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov isə hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli sazişi 2019-cu ilin yayına qədər imzalana bilər. Bakıda Avrasiya Beynəlxalq Fondunda jurnalistlərlə keçirilən görüşdə Ə.Həsənov Azərbaycan vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının hazırlanan, hər bir Azərbaycan vətəndaşının həyatına toxunacaq sazişə soyuq münasibətinə təəccübünü bildirib. “Siyasi partiyalar Azərbaycan və Aİ arasında gələcək sazişin müzakirəsi üçün dəyirmi masalar keçirmirlər. Amma bu sənəd qəbul edildikdə və Aİ üzvü olan 28 ölkənin hər biri tərəfindən təsdiq edildikdə ona dəyişiklik etmək qeyri-mümkün olacaq”, deyə Həsənov xəbərdarlıq edib. (contact.az) Onun sözlərinə görə, hazırlanan sazişin adı bəlli deyil.

Mətbuatda isə Azərbaycan və Aİ arasında Hərtərəfli Sazişdən, Azərbaycan və Aİ arasında Yeni Strateji Tərəfdaşlıq Sazişindən bəhs edirlər. “Azərbaycanda siyasi islahatlar gələcək sənədlə bağlı deyil, belə ki, ölkəmizdə bu islahatlar asan, prezident fərmanı ilə qəbul edilir. Aİ bu sənədin imzalanmasının şərti kimi AR-ə siyasi dəyişikliklər tələbləri irəli sürmür. Çətinlik sənədin iqtisadi bəndlərinin həyata keçirilməsində gizlənə bilər, belə ki, Azərbaycan ÜTT üzvü deyil, baxmayaraq ki, hər il Avropanın neft idxalının 5 faizini təmin edir. Aİ Azərbaycanın ÜTT-ə qəbul edilməsini təşviq etmək niyyətindədir. Aİ ilə yeni saziş Azərbaycanın inkişafı üçün zəruridir, ölkənin ticarət dövriyyəsinin böyük hissəsi Avropanın payına düşür, ölkəmizin ən böyük investoru da Avropadır. Azərbaycan Avropa ilə yaxınlaşaraq, səhiyyə, iqtisadiyyat, təhsil sahəsində bir çox daxili normaları və qanunvericiliyi dəyişdirəcək. Avropa vətəndaşları üçün Aİ-yə viza rejimi asanlaşacaq. Yeni Avropa investisiyaları üçün qapılar açılacaq. Avropa İttifaqının beş “Şərq Tərəfdaşlığı” ölkəsində – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarusda dəmir yolunun inkişafına və genişləndirilməsinə 2 mlrd. avro ayırmaq niyyəti buna nümunə ola bilər”-Ə.Həsənov bildirib.

Avropa İttifaqı ilə sazişdə Avropanın Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünə dəstəyi haqqında bənd olacaq, belə ki, Aİ-də bu barədə bəyanatlar qəbil edilib, deyə Həsənov əlavə edib.

Ə.Həsənov Azərbaycanlıların Gürcüstan və Ukraynanın Avropa İttifaqının assosiativ üzvü olmasından sonra bu ölkələrin torpaqlarının bir hissəsini işğal edən Rusiyanın Azərbaycan əleyhinə repressiv addımlarından ehtiyatlanmasına diqqət çəkib. “Ölkəmizin Avropa İttifaqı ilə danışıqlarının ləng getməsinin səbəbi budur. Azərbaycan Aİ-nin assosiativ üzvü olmayacaq, buna görə Moskvanın istənilən halda Rusiyanın Qarabağ tilovunda qalan ölkəmizə qarşı aqressiv addımları gözlənilmir. Rusiya şimal sərhədində bizə problemlər yarada bilər, amma mən belə bir perspektivə inanmıram, həm də 2015-ci ildə Azərbaycan Aİ ilə Assosiativ Tərəfdaşlıq haqqında sazişi imzalamaqdan imtina edib, daha sonra “Avronest” və digər Avropa proqramlarından çıxıb, xüsusi olaraq Azərbaycan üçün hazırlanmış bəndləri olan ikitərəfli sənədə üstünlük verib. Avropa İttifaqı Bakını ölkəni qane etməyən sənədi imzalamağa məcbur edə bilməz”, deyə ekspert qeyd edib.

Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bütün hallarda bu sazişin imazalanmasına hamılıqla dəstək verilməlidir: “Bu məsələdə müxalifətçilik yanlış bir addım olar. Ola bilsin ki, kimlərinsə daha fərqli gözləntiləri ola bilər, ancaq bu sazişin özünün siyasi mahiyyəti elədir ki, ləngitmənin dövlətimiz üçün faydalı olmayacağını anlamamız vacibdir. Antiazərbaycan qüvvələrinin nə etməsi önəmli deyil, əsas odur ki, içərimizdəki insanlar sağlam mövqe nümayiş etdirsinlər”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …