Ana səhifə / Siyasət / “Artıq nağıllara inanmağa haqqımız yoxdur” – Erməni aparıcı

“Artıq nağıllara inanmağa haqqımız yoxdur” – Erməni aparıcı

Tanınmış erməni teleaparıcı Qoar Qasparyan ölkəsindəki ağır vəziyyətdən şikayətlənib.

Qasparyan Ermənistan rəhbərliyinin əleyhinə fikirlər səsləndirərək, öz etirazını bildirib.

“Təqvimdə il dəyişdi. İstəyirsiniz ki, bütün pis şeylər keçmişdə qalsın. Amma… Təəssüf ki, amansız müharibəyə cavabdeh olanlar və virus dəyişmədi. 44 gün ərzində hər birimizin qəlbinə nüfuz edən yalanların icraçıları üzlərindəki əvvəlki eyni ifadə ilə yalan danışmağa davam edirlər. Hələ dəqiq statistikaları da bilmirik. Aydındır ki, onlar rəqəmlərin hamısını deməyəcəklər. Çünki qəfl atılacaq addımlar dəhşətlər doğurar. Bizi məhv edən lənətə gəlmiş “qalib gələcəyik” çağırışı da davam edir. Vəssalam. Artıq nağıllara inanmağa haqqımız yoxdur və ayıq olmalıyıq, əks halda tamamilə məhv olacağıq. Düşmən hər gün yeni torpaq almağa davam edir və biz isə daxildə bir-birimizi parçalayırıq”, – o deyib.

Erməni aparıcı, həmçinin xalq olaraq müdrik davrana bilmədiklərini söyləyib.

“Bir qardaş itkisinin nə olduğunu bilirəm. Bilirəm, nə qədər çətin olsa da, yaşamağa davam etmək lazımdır. Bərpaya, artıq yenilənməyə ehtiyacımız var. Milli yeniləmə olmalıdır. Biz istedadlı və çalışqan insanlarıq, lakin müdriklik çox vaxt bizi tərk edir”. Azvision.az

Həmçinin oxuyun

Rauf Mirqədirov: “Ermənistan bir dövlət kimi “COP29”-a dəvət almalıdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxış edərkən Ermənistanın Baş …