Ana səhifə / Siyasət / Ermənilərə 3 gün vaxt verildi: Şurnux Azərbaycana qaytarılır

Ermənilərə 3 gün vaxt verildi: Şurnux Azərbaycana qaytarılır

Sünik bölgəsində (tarixi adı Zəngəzur -red) yerləşən Şurnux kəndi Azərbaycanın nəzarətinə keçir.

Bu barədə kəndin icma başçısı Akob Arşakyan “Facebook” hesabında bildirib.

“Hər şey bitdi. Azərbaycanlılar, ruslar və bizim sərhədçilərimiz gəldi, 5 yanvar tarixinə qədər vaxt verdilər. Kəndin ortasında postlar quracaqlar”, – deyə o, əlavə edib.

Arşakyan bu məsələdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1942-ci il tarixli xəritəsinə istinad edildiyini vurğulayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …